Narkomaniyaya qarşı mübarizə daha geniş sosial qrupları əhatə edəcək
Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şirvanda “Narkomaniyaya qarşı mübarizə mədəni tədbirlər kontekstində” adlı tədbir həyata keçirib.
19 İyul 2016 12:38 SosialNarkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şirvanda "Narkomaniyaya qarşı mübarizə mədəni tədbirlər kontekstində" adlı tədbir həyata keçirib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimləinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır. Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunmuş, tədbirdə onlara məlumatlandırma materialları da paylanıb.