Rezidenturaya imtahanlar başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Komissiyadan Modern.az-a verilən məlumata görə, II mərhələ ixtisas fənləri üzrədir.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üzrə imtahan aprelin 3-də keçirilib. İmtahanın II mərhələsi iyulun 29-da olacaq.

Avqustun 1-dən 7-dək isə rezidentura səviyyəsi üzrə ixtisaslaşma aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00