Millət vəkilindən abituriyentlərə müraciət
Qəbul imtahanları başa çatmaq üzrədir. Lazımi bal toplamış abituriyentlər ixtisas seçimi edəcəklər. Çox vacib bir mərhələdə mən Sumqayıt şəhərindən olan abituriyentlərə çağırış etmək istəyirəm”:
19 İyul 2016 12:08 Sosial"Qəbul imtahanları başa çatmaq üzrədir. Lazımi bal toplamış abituriyentlər ixtisas seçimi edəcəklər. Çox vacib bir mərhələdə mən Sumqayıt şəhərindən olan abituriyentlərə çağırış etmək istəyirəm": "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib. O, bildirib ki, Sumqayıt abituriyentləri həmişə yüksək təhsil göstəriciləri ilə ölkədə öndə olublar: "Sumqayıt yaxın illərdə ölkəmizin ən strateji inkişaf sahəsinə çevriləcək qeyri-neft sənayesinin paytaxtı olmağa namizəddir. Dövlət və özəl sektor Sumqayıtda yeni-yeni sənaye zavodlarının tikilməsi üçün milyardlarla investisiya qoymaqdadır. Bu layihələr Sumqayıtda gənclər üçün minlərlə yeni, yüksək ixtisaslı iş yerləri yaradacaqdır.
Bütün bunlar Sumqayıtda mühəndis, texnoloq, kimyaçı, riyaziyyatçı, fizik, İKT mühəndisi, layihə idarəedici kimi peşələrə ciddi tələbat yaradacaq. Daha yaxşı, daha perspektivli işlə təmin olunmaq, ölkə iqtisadiyyatının inkişafı üçün əlavə dəyər yaratmaq və müasir dünyanın texnoloji kadrı olmaq üçün bütün Sumqayıtlı abituriyetləribu ixtisasları seçməyə çağırıram. Düzgün seçim uğurun yarısıdır. Hər bir seçim hörmətə layiqdir".