1,3 ton narkotik bitki yandırıldı

"Xaşxaş 2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirləri davam etdirilir.

"Xaşxaş 2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirləri davam etdirilir.

Region TV bildirir ki, Daşkəsən rayonunun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yığılaraq yandırılır. Rayonun ən ucqar yaşayış məntəqələrindən biri - Dəstəfur kəndində polis əməkdaşları ümumi çəkisi 1 ton 360 kiloqram olan 4600 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1-3 metr arasında dəyişib.

Ötən mövsüm Daşkəsən rayonu ərazisində ümumi çəkisi təxminən 5 tona yaxın olan çətənə kolları aşkarlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00