Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi davam edir
Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, qazılmış hissələrə karbonat materialı tökülərək kipləşdirilib. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən öncə eni 6 metr olan yolun hərəkət hissəsi III texniki dərəcəyə uyğun olaraq 7 metrə qədər genişləndirilir. Hər biri 3.5 metr enində olmaqla 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə2.5 metr enində yeni çiyinlər tikilərək, bərkidilib. Bura 0.5 metr enində bərkidici zolaqlar da daxildir.
18 İyul 2016 18:08 SosialXaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, qazılmış hissələrə karbonat materialı tökülərək kipləşdirilib. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən öncə eni 6 metr olan yolun hərəkət hissəsi III texniki dərəcəyə uyğun olaraq 7 metrə qədər genişləndirilir. Hər biri 3.5 metr enində olmaqla 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə2.5 metr enində yeni çiyinlər tikilərək, bərkidilib. Bura 0.5 metr enində bərkidici zolaqlar da daxildir.
Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Bu üzdən yolların yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılır. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min paqon-metrə yaxın 2 metr enində yeni piyada səkiləritikilir, kənarlarına səki daşları düzülür. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub.
Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə 165 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Artıq yolun 16 km-də yenidənqurma işləri başa çatdırılıb, qalan 7 km-də isə işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. İşlərin avqust ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır. 8 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq.