Ağstafada silahlı insident olub

Ağstafada rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində qeydə alınıb.

Ağstafada rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində qeydə alınıb. Kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan "TOZ-16" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00