Fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil olunub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil olunub. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, Şamaxı turu 30 nəfərlik fiziki məhdudiyyətli gənclərin və onlara dəstək üçün Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə birgə baş tutub.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil olunub. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, Şamaxı turu 30 nəfərlik fiziki məhdudiyyətli gənclərin və onlara dəstək üçün Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə birgə baş tutub.

Onu da qeyd edək ki, fiziki məhdudiyyətli və sağlam gənclərin iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir. Yol boyu müxtəlif mahnıların səsləndirilməsi ilə rəqslər və ifalar olub. Şamaxı rayonuna çatan səyahətçilər nahar edib təbiəti seyr etməyə çıxıblar. Ərazini gəzdikdən sonra gənclər müxtəlif intelektual və əyləncəli oyunlarda iştirak edərək Bakı şəhərinə xoş təəssüratlarla qayıdıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00