Nazirlik proqnoza 102 faiz əməml edib
2016-cı ilin birinci yarımilliyində vergi orqanları tərəfindən dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib.
18 İyul 2016 14:33 Sosial2016-cı ilin birinci yarımilliyində vergi orqanları tərəfindən dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib. Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub. Bu barədə nazirlikdən verilən məlumata görə, qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2 faiz təşkil edib. Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarımilliyində regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib.