Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.
18 İyul 2016 12:58 SosialBakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə iyulun 19-da paytaxt və yarımadada cənub küləyi əsəcək.
Abşeron yarımadasındasında havanın temperaturunun gecə 22-27, gündüz 34-39° isti, Bakıda gecə 24-26, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.