700 bal toplayan qız

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarının nəticələri elan edildiyində məlum oldu ki, 6 nəfər ən yüksək nailiyyətə imza atıb.

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarının nəticələri elan edildiyində məlum oldu ki, 6 nəfər ən yüksək nailiyyətə imza atıb.

I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, "Ankara Məktəbi" məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Modern.az  IV ixtisas qrupu üzrə 700 bal toplamış abituriyentin adını dəqiqləşdirib. Bu, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00