İyunun 19-da Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüsal Atayevin cibindən içərisində 1300 manat, 20 ABŞ dolları və sənəd olan pul kisəsi oğurlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Nadir Quliyev tutulub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00