Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə məlumatı "OLAYLAR"-a nazirliyin mətbuat katibi Səmayə Məmmədova verib. Bildirib ki, qəbulda, Abşeron, Qobustan, Sumqayıt, Şamaxı, Xızı, rayon və şəhər sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev prospekti yerləşən Sumqayıt Tarix Muzeyində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00