Banqladeş gəncləri AzTU-da təhsil alacaq
21 İyun 2016 14:32 SosialAzərbaycan Texniki Universiteti və Banqladeş Xalq Respublikasının "Bangladesh Trading Corporation" şirkəti arasında tələbə mübadiləsi ilə bağlı müqavilə imzalanıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, müqaviləyə əsasən Banqladeşdən AzTU-ya yeni tədris ilində 100-ə yaxın tələbə gələcək. Tələbələr Universitetdə bakalavriat və magistratura səviyyəsində təhsil alacaqlar. AzTU-ya qəbul olunan tələbələr birinci il hazırlıq kursu keçərək Azərbaycan dilini öyrənəcəklər. Daha sonra öz istəklərinə uyğun ixtisas seçimi edərək AzTU-da təhsillərini davam edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00