Rusiyalı ekspert: "TAP "Qazprom"un menecmentini narahat edir"

Azərbaycan təbii qazını Cənubi Avropa ölkələrinə nəql edəcək TAP layihəsi Rusiyanın "Qazprom" şirkətinin menecmentini narahat edir.

"APA-Economics" xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin bildirib.

Onun sözlərinə görə, TAP layihəsi Avropa ölkələrinin Rusiya qazından asılılığını azaldacaq və "Qazprom"a ciddi ziyan vuracaq: "Paralel olaraq, bu proses Rusiya iqtisadiyyatına da ciddi ziyan vuracaq".

Ekspert hesab edir ki, TAP layihəsi tam reallaşandan sonra "Qazprom" dempinqə əl ata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00