24 mindən çox nikahdankənar uşaq doğulub

Azərbaycanda qeyr-rəsmi nikahdan doğulan uşaqların statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub. 

Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-si isə kənd yerlərində doğulub. 
2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub. 

Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00