Lənkəranda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı müzakirə edilib

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının müzakirəsinə həsr edilmiş konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon mədəniyyət və turizm şöbələrinin nümayəndələri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri, ictimaiyyətin və

KİV-lərin təmsilçiləri iştirak ediblər. Konfransda sözügedən kitabın əhəmiyyətindən danışılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00