Azərbaycan diasporu Almaniyanın siyasi partiyalarına sorğu göndərdi

Almaniya Federativ Respublikası Bundestaqında təmsil olunan 3 partiya qrupuna (Xristiyan Demokratlar, Yaşıllar və Sosial Demokratlar) Alman Azərbaycan Mədəniyyət Evi və Dünya Azərbaycanlıları Assambleyası (DAA) adından parlament sorğusu göndərilib.

Almaniya Federativ Respublikası Bundestaqında təmsil olunan 3 partiya qrupuna (Xristiyan Demokratlar, Yaşıllar və Sosial Demokratlar) Alman Azərbaycan Mədəniyyət Evi və Dünya Azərbaycanlıları Assambleyası (DAA) adından parlament sorğusu göndərilib. Bu barədə məlumatı "OLAYLAR"-a DAA-nın Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev deyib ki, alman siyasilərə bir neçə sual ünvanlanıb: "Suallardan biri ondan ibarətdir ki, sözdə erməni soyqrımı iddiasını qəbul etməzdən öncə hansı araşdırma prosesi aparılıb?. Aparlıbsa qərar qəbul edilərkən hansı arxiv sənədləri, dəlillər əsas götürülüb? Türkiyə hökümətinin "Osmanlı arxivlərini açmağa hazırıq" çağırışı nəzərə alındımı? Sizcə bu cür qərarların qəbul edilməsi tarixçilərin, hüquqşünasların, araşdırmacıların fəaliyyət sahəsinə daxil deyilmi?". DAA rəsmisi qeyd edib ki, ən sonda verilən sual isə bütün məsələnin əsasını təşkil edib: "Sonuncu sual belədir "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmənin verə biləcəyindən partiyanızın millət vəkillərinin xəbərdardılarmı? Əgər xəbərdardırlarsa sizcə bu addım BMT konvensiyanının bu maddəsinin pozulması deyilmi?". Rəşad Quliyevin sözlərinə görə, veriləcək cavaba görə Bundestaqda qərar vermiş bu millət vəkilləri ilə iş planı hazırlayıb, işləyəcəyik: "Qərar qəbul olundu bundan sonra heç nə dəyişməz" deyib fəaliyyətsiz oturmaq doğru deyil. Məsələnin üzərinə getmək bütün qanuni və hüquqi vasitələrdən istifadə etmək lazımdı. İnanmıram ki , Alman parlamenti bu suala tutarlı və konkret cavab versin çünki söhbət beynəlxalq hüququn tapdalanmasından və nəzərə alınmamasından gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00