Krımın Azərbaycan İcması növbədənkənar konfrans keçirəcək
21 İyun 2016 12:10 SosialYaxın aylarda Krımın Azərbaycan İcmasının növbədənkənar konfrnası keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə qərar icmanın İdarə Heyətinin bu günlərdə keçirdiyi iclasda qəbul edilib. İdarə Heyətinin iclasında növbədənkanar konfransın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Konfransın keçirilməsi bu ilin sentyabr ayına nəzərdə tutulub. Konfransda cari məsələlərlə yanaşı, təşkilati məsələlər də müzakirə ediləcək. Konfransa hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinə İcmanın sədri Rəhim Hümbətov, İdarə Heyyətinin üzvləri Əli Orucov, Meydan Şamilov, Rövşən Tağıyev, Çapay Cəfərov, Allahverdi Tağıyev, Elməddin Orucov, Faiq Mirzəyev, Arif Sadıxov, Mehman Mamedov, Arif İbrahimov, Hikmət Hüseynov, Arif Səlimov və Ülvi Həkimov daxil olublar.