Gənclər dini radikallığa və ekstremizmə yox deyir
20 İyun 2016 16:52 SosialAzərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi Qazax rayonunda "Gənclər Dini Radikallığa və Ekstremizmə yox deyir" adlı layihəsi cərcivəsində 7 seminar və 1 yekun konfrans keçirib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, ümumilikdə 8 tədbirdə 480 nəfər birbaşa, dolayısı ilə 1200 nəfər maariflənib. İştirakcılara 180 ədəd xususi geyim forması paylanılıb. Tədbirlərdə dini ekspert qismində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin zona qazisi İlham Suleymanov iştirak edib. Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Tovuz bölgəsinin rəhbəri Eldəniz Vəliyev konfransda iştirakçılara geniş məruzə edib. Layihənin əsas məqsədi rayonlarında gənclərin dini radikallığa və ekstremizmə qarşı mübarizəsinə maarifləndirmə yolu ilə dəstək olmaqdır. Həmçinin dini ekstremizmə qarşı mübarizə haqda qanunu gənclərə təbliğ etməkdir. Qarşıda qoyulan məsələlər layihə cərcivəsində tam icra olunub.