Masallı rayonunun Muğanlı zonasının içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli su çatışmazlığı müşahidə edilən kəndlərdə də layihələr həyata keçirir. Belə layihələrdən biri Masallı rayonunun içməli su mənbələri məhdud olan Muğanlı zonasında icra edilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə 24 kəndi əhatə edir. Layihə çərçivəsində kəndlərdə yaşayan 30 mindən çox sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək nəzərdə tutulur. Həmin kəndləri içməli su ilə təmin etmək üçün daha məhsuldar və etibarlı mənbədən istifadə olunması qərara alınmış və su mənbəyi Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğu seçilib. Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyindən müxtəlif diametrli borularla 20 km-ə yaxın magistral xətti inşa edilib. Eyni zamanda 5 kəndi - Şərəfə, Sığıncaq, Məmmədxanlı, Kürdəbazlı və Bala Təklə kəndlərini içməli təmin etmək məqsədilə həmin kəndlərdə ümumi uzunluğu 4,5 km su xətləri çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00