Bakıda, növbəti "Baku Fashion Night" layihəsi keçiriləcək
20 İyun 2016 15:58 SosialBakıda 2014-cü ildən etibarən mövsümə uyğun olaraq bir neçə dizaynerin iştiraki ilə ildə iki dəfə keçirilən "Baku Fashion Night"/"Bakı Moda Gecəsi" növbəti tədbirini 25 iyun tarixində Excelsior Hotel & Spa Otelinin Hovuz ətrafında keçirəcək. "OLAYLAR"-ın xəbərinə görə, bu layihə, Bakıda keçirilən ilk iri moda layihələrdən sayılır. Layihənin baş təşkilatçısı "EXCELSİOR HOTEL AND SPA BAKU" Otelinin dəstəyi ilə Lyubov Qutorovanın başçılıq etdiyi "FMS Models" model agentliyidir. Bakıda keçiriləcək bu dəb axşamında qonaqları maraqlı və hərarətli proqram gözləyir. Proqramda ölkəmizdə və onun hüdudlarından kənarda, bir çox sərgi salonlarında sərgiyə çıxarılmış rəssam-keramist "Vüsalə Ağarazıyeva"-nın əl işlərin nümayişi, gənc Azərbaycanlı dizaynerlərin; aksesuarları, bijuteriyaları və bəzək əşyalarının nümayişi yer alacaq.
Gecənin ana proqramı, Modelyer-dizaynerlərin "Yay 2016" kolleksiyalarının nümayişi olacaq.