Türkiyədə “100 ilin bəlası ermənilər” mövzusunda konfrans keçiriləcək

İyunun 21-də Türkiyədə "100 ilin bəlası ermənilər: Xocalı soyqırımı, Almaniya Bindestaqı nə üçün səhv etdi" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Antalya Azərbaycan Egitim Kültür və Dayanışma Dərnəyinin (AAEKDD) sədri Aynur Məmmədova verib. Bildirib ki, konfrnas rəhbərlik etdiyiu qurum, eləcə də Avrasiya Sənət Kültür Ədəbiyyat və Elm Federasiyasınin (ASKEF) birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda AAEKDD sədri Aynur Məmmədova, ASKEF rəhbəri Savaş Ünal, eləcə də Azərbaycan Şəhid və Qazilər Ailələri Vətənsevərlər Cəmiyyətinin sədri Arif Məhərrəmov çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00