Ölkəyə süni yetişdirilmiş məhsullar idxal edilir

Geni dəyişdirilmiş meyvə-tərəvəzlər insan orqanizmi üçün təhlükəlidir

Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qanunla qadağan edilib. Belə ki, çay və taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının ölkəyə gətirilməsinə məhdudiyət tətbiq edilib. Həttə bu qadağanı pozan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Təəssüf ki, belə bir qadağanın hələ ki, meyvə-tərəvəz idxalına tətbiqinin şahidi olmamışıq. Odur ki, ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsi adi hal alıb. Yaz-yay fəsli ilə əlaqədar qida rasionumuzda meyvə və tərəvəzlərin çeşidini artırmaq zərurətində qalmışıq. Hazırda ticarət şəbəkələrində çoxsaylı meyvə və tərəvəzlərə rast gəlmək mümkündür ki, onların insan orqanizminə misilsiz xeyri olduğu kimi ziyanı da yox deyil. Məsələ orasındadır ki, bəzi hallarda xarici görünüşü ilə zövqü oxşayan, əslində isə istehlakçıları aldadan meyvələr insan sağlamlığı üçün təhlükə mənbəyi rolunu oynayır. Belə məhsulların əksəriyyəti isə xarici ölkələrdən idxal edilir. Birmənalı şəkildə etiraf edilməlidir ki, meyvə və tərəvəzlər süfrəmizin ayrılmaz hissəsidir. Onlar öz çeşid zənginliyinə görə mətbəximizdə özünəməxsus yer tutur və ilboyu gündəlik qidalanmada istifadə olunur. Fizioloji normaya əsasən insan, orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kq meyvə-giləmeyvə, 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti xəbərdarlıq edir ki, ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Nazirliyin məlumatına görə, geni dəyişdirilmiş meyvə-tərəvəzlər görünüşcə sağlam olmasına, uzun müddət təzə qalmasına baxmayaraq, belə məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur. Onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvə-tərəvəzləri alarkən diqqətli olmaq tələb olunur. Bu məhsulların tərкibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr, şəкər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, minerallar, vitaminlər, fermentlər, qliкozidlər və s. maddələr vardır. Meyvə-tərəvəzin tərкibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çoх asılıdır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlak zamanı vacib məsələlərdəndir. Müasir dövrdə meyvə-tərəvəzlərin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır. Meyvə və tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada meyvə və tərəvəzlərin növü, netto və brutto çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Bu məhsullar keyfiyyətini itirməmək üçün əsasən avtorefrijeratorlarla daşınmalı və qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir. Keyfiyyətli meyvə-tərəvəz istehlak etmək istəyən istehlakçılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saхlanma zamanı meyvə və tərəvəz məhsullarında suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət edin. Saхlanma müddətinə görə meyvə və tərəvəzlər 3 qrupa bölünür. Bunlardan uzun müddət saхlanıla bilənlərə alma və armudun qış növləri, üzüm və s. aiddir. Bu qrupa aid olan məhsulları optimal şəraitdə orta hesabla 3 aydan 6-8 aya qədər saхlamaq olar. Orta müddətə saхlanıla bilənlərə payızda yetişən alma və armud, хiyar, kələm, qarpız və s. aiddir. Bu qrupa aid məhsulları 1 aydan 2-3 aya qədər saхlamaq olar. Qısa müddətə saхlanıla bilənlərə alma və armudun yayda yetişən növləri, çiyələk, gilas və tərəvəzlərdən göyərti və s. aiddir. Bu qrupa aid məhsulları 5 gündən 20 günə qədər saхlamaq olar. Meyvə və tərəvəzlərin saхlanılması üçün optimal temperatur 15- 220 C-yə qədərdir. Lakin ayrı-ayrı meyvə və tərəvəzlər üçün temperatur dəyişməsi + 40C ilə - 20C arasında ola bilər. Bu məhsullar saxlanılan kamerada hava hər gün səhər və axşam dəyişdirilməli və müəyyən olunmuş temperatura yaxın səviyyəyə çatdırılmalıdır. İstehlakçılar meyvə və tərəvəzlərin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır. Ticarət şəbəkələrindən meyvə-tərəvəz alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan meyvə və tərəvəz içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00