“Sürət yolu deyil, ömrü qısaldır!” icra olunur

"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək" Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Sürət yolu deyil, ömrü qısaldır!" layihəsi həyata keçirilir.

Layihə Bakı və Sumqayıt şəhərlərinsə yerli əhali, xüsusilə gənclər tərəfindən yol mədəniyyətinin təbliğ olunması və bu sahədə baş verən çatışmamazlıqların aradan qaldırılmasında onların imkanlarından istifadə edilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi paytaxtda vətəndaşların yol təhlükəsizlik tədbirlərinə ciddi əməl etmələrini təşviq etməyə və yol mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib. Vətəndaş cəmiyyətinin mövcud olması üçün sağlam vətəndaş və təhlükəsiz mühitin olması labüddür. Bu baxımdan sözügedən layihə insanlarda sağlam mühitin formalaşmasını və təhlükəsiz həyatın aşılanmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00