Əmək Nazirliyində Məhəmməd Yunusla görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində ölkəmizdə səfərdə olan Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla görüş olub.

M.Yunusu səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin ölkəmizdə də daim yüksək dəyərləndirildiyini vurğulayıb. 

M.Yunus Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərində sosial amilin daim diqqətdə saxlanılmasının, biznes mühitində sosial məsuliyyətin güclənməsi yönündə müsbət meyllərin təqdirəlayiq olduğunu vurğulayıb. O, sosial biznesi ümumi inkişaf üçün əsas şərtlərdən biri kimi xarakterizə edib, bu istiqamətdə  respublikamızda aparılan işlərə həmişə dəstək verməyə hazır olduğunu bildirib.

Daha sonra M.Yunusin "Sosial Biznes-İnkişaf üçün əsas yol" mövzusunda fikirləri dinlənilib, mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00