Gözünü çək oğullarımızdan, Lilit
20 İyun 2016 13:13 SosialDünya dünya olandan erməni qadınları tuği-lənət olub keçiblər boğazımıza. Ələlxüsus da azərbaycanlı kişiləri ələ keçirməkdə qabağa gedərək usta olublar və bu ustalıqları 100 illər boyu böyüyüb, inkişaf edib, formasını itirsə də məzmununu saxlayaraq bu günə qədər gəlib çatıb. Sadə azərbaycanlı ailələrindən tutmuş dövlətin üst qurumlarına qədər ayaq açıb, ölkənin siyasətində, idarəçiliyində söz sahibi olublar. Amma axçilərin azərbaycanlı kişilərə olan sevdası çox hallarda xoşbəxtlik gətirməyib. "Əsli və Kərəm"in qəhrəmanı erməni qızın məhəbbəti yolunda yanıb külə dönüb. Lakin bu Kərəmin taleyi sonrakı nəsillərə dərs olmayıb. Niyə? Çünki erməni qadının tələsinə düşən kişinin ordan çıxması mümkün deyil. Heç kimə sirr deyil ki, yaxın keçmişimizdə vəzifə başında oturan kişilərin bəzilərinin arvadları erməni olub. Bu, bir az da Moskvanın siyasəti idi. Çünki əks halda ali təhsilli, dünyagörüşlü, işgüzar, bacarıqlı birisinin yüksək vəzifədə işləməsi düyünə düşürdü.
Düz 28 il əvvəl ermənilərin Azərbaycandan çıxıb getdikləri bir vaxtda Əbdürrəhman Vəzirov sevinə-sevinə dedi ki, Azərbaycanda 30 min erməni qadını var. İndi həmin qadınların doğduqlarının hesabına damarlarında erməni qanı axan azərbaycanlıların sayı artıb. Onların da nə qədəri Allah bilir analarının təsiri altında hansı tərbiyəni alıb, hansı yola istiqamətləniblər. Çünki erməni qadınındakı təsiretmə gücü (xüsusilə də bizim vəzifəli kişilərə) dünyanın heç bir millətində yoxdu. Görəsən bu qadınlar Azərbaycandakı bir çox vəzifəli kişilərə təsir etmək gücünü hardan alırlar?
Sovetlər dönəmində Azərbaycanda yaşayan ermənilər yüz cür yola əl atırdılar ki, arvadları, qızları vəzifəli azərbaycanlının katibəsi olsun və ya onların əllərinin altında hansısa bir quruma rəhbərlik etsinlər. Həmin qadınlar kişilərimizin zəif damarlarından istifadə edərək həm özlərinə əla gün-güzəran qurur, Bakının mərkəzində ən yaxşı mənzillərə sahib olur, həm də ümumerməni mənafeyi üçün müəyyən gizli məqsədlərini həyata keçirirdilər. Azərbaycanlı kişidən doğulan uşaqlarına da ən yüksək ali təhsil verib, ən yaxşı vəzifə ilə təmin olunmasına nail olurdular.
Ən təəccüblüsü və gülməlisi də odur ki, yüz illərlə əvvəl olduğu kimi onlar bu gün də dünyanın ən məşhur insanlarının damarları ilə erməni qanı axmasını söyləyərək, həmin məşhurların analarının, yaxud da nənələrinin erməni olması fikrini iddia edirlər. İddialarında nə dərəcədə doğrudur, ya əyridir bilmirəm - bu, məsələnin ayrı tərəfidi. Amma bir məsələ tam doğrudur ki, ermənilər tarix boyu öz qadınlarından siyasi məqsədlər üçün istifadə etməyə çalışıblar. Bu gün də öz siyasi məqsədlərinə nail olmaq üçün hər cür yola baş vurur, hətta ana-bacılarınınm "xidmətindən" istifadə etməkdən belə çəkinmirlər. İllərdi ki, erməni qadınlar azərbaycanlı kişidən doğduğu uşaqda ata nəslinə, ata torpağına, ata vətəninə nifrət aşılamağa çalışırlar. Nə sirri-xudadırsa bir çox hallarda da istədiklərinə nail olurlar. O uşaqların əksəriyyəti nankor çıxaraq analarının südünə haram qatmır, lakin böyüdükləri, havasını udub, suyunu içdikləri torpağa xəyanət edirlər.
Az qala ölkəmizin maddi və mənəvi dəyərlərinə sahib çıxan ermənilərin ana-bacıları, arvadları, qızları tarixən Azərbaycan kişilərinin boynunda oturublar, hələ də düşmək istəmirlər. Bu, təkcə ona görə deyil ki, ortada sevgi var, yaxud da mənfur "Böyük Ermənistan" xəyallarını reallaşdıra bilsinlər, həm də ondan ötrü ki, azərbaycanlı kişilərin qeyrəti, namusu hər zaman onların kirli əxlaqına, ehtiraslarına qalxan olub. Son 28 illik münaqişə-müharibə də erməni qadınının ehtirasını söndürə bilməyib. Hələ də ordan-burdan baş qaldırıb "gəl-gəl" deyirlər.
İndi də erməni müğənni Lilit Ovanisyan dövriyyəyə girib. Özünün facebook səhifəsində ürəyini deşən arzusunu yazıb: "Azərbaycanlı kişidən uşaq doğmaq istəyirəm". Doğrusu, təəccüblü deyil. Sadəcə ilin-günün bu vədəsində adam ya şir ürəyi yeyib, ya gündəm yaratmaq istəyib, ya da ki, erməni kişiləri yenə də siyasət uğrunda qadınlarını qabağa veriblər. Birinci və ikinci variant sıfıra bərabərdi. Çünki heç bir erməni qadını öz kişisindən qorxub - çəkinmir, istədiyini edir, istədiyi ilə oturub-durur, istədiyindən də uşaq doğur. Belə məsələlərdə azaddırlar. Gündəm yaratmaq məsələsinə gəlincə... buna da ehtiyac yoxdu. Zatən erməni deyilən millət bir ovucdur. İstər çalıb-oxuyanlarını, istərsə də digər peşə sahiblərini barmaqla saymaq olar. Deməli, yenə də erməni kişisinin mənfur siyasət barmağı işə düşüb. Yenə də ermənilər üzdə olan qadınlarının vasitəsilə iflasa uğramış siyasətlərini "diriltmək" istəyirlər. Bunun üçün öncə Ovanisyana belə fikir yazdırıblar: "İnsan nə qədər şərəfsiz olmalıdır ki, Azərbaycan xalq musiqisini ifa etsin və yazsın ki, bu, erməni mahnısıdır. Bir ölkə ilə düşmənçilik etmək olar, amma şərəfsizlik etmək niyə"? (Söhbət Civan Qasparyanın oxuduğu "Sarı gəlin" mahnısından gedir). Sonra da Lilit Ovanisyana ürəyindən keçən arzusunu sosial şəbəkə vasitəsilə dilə gətirməkdə dəstək olublar.
Lilit azərbaycanlıların xeyirxahlıq və unutqanlıq hisslərinə güvənərək guya demək istəyib ki, baxın, mən də sizin tərəfinizdəyəm, "Sarı gəlin"in Azərbaycan xalq mahnısı olduğunu inkar etmirəm. Düşünüb ki, azərbaycanlılar onun səmimiyyətinə inanacaq və "sevgisi" qarşılıqsız qalmayacaq. Tarix təkrar olunur. Hər şey məlumdu. Lilit analarının-nənələrinin təcrübəsinə istinad edərək belə cəsarətə gəlib.
Amma bu dəfə Lilit yanıldı, oxu daşa dəydi. Daha onun da, eyni millətdən olan digər həmcinslərinin də istədiyi olmayacaq, arzuları baş tutmayacaq. Əvvəlki yüz illiklər qalsın bir yana, son 30 ildə bizə vurduqları yara sağalmayıb, hələ də qanı axır. Biz daha oğlanlarımızı erməni qadınının ağuşuna atmarıq. Çünki "Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur" (Karl Marks). Həmçinin də "Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar" (F.Engels).
Odur ki, düşün yaxamızdan. Sən də, Lilit, gözünü çək oğullarımızdan. Yetərincə doğub-törəmisiniz. Gedin indi də "qurdunuzu başqa yerdə öldürün", başqalarının qucağına atılın.
Züleyxa Nadir