Nazir Oğuzda vətəndasları qəbul edəcək
20 İyun 2016 12:35 SosialAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 24-də Oğuz rayonunda Oğuz, Şəki, Balakən, Zaqatala və Qax rayonlarının sakinləri ilə görüşəcək. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00