Kimyəvi məhlul içən 5 yaşlı dünyasını dəyişdi
20 İyun 2016 11:56 SosialŞəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb. "Olaylar"ın məlumatına görə,
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya bildirilib ki, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, 5 yaşlı M. Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan "Neasidol" kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib. Həkimlərin səylərinə baxmayaraq, M.Qafarov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00