Ədliyyə və məhkəmə sahəsində şəffaflıq

Bu məqsədlə 10 internet saytının interaktiv rejimdə fəaliyyəti təmin olunub

Ölkədə ədliyyə və məhkəmə sahəsində şəffaflığın artırılmasına xüsusi önəm verilərək Ədliyyə Nazirliyinin10 internet saytının interaktiv rejimdə fəaliyyəti təmin olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, əhaliyə göstərilən elektron xidmətlərin sayı artırılaraq 23-ə çatdırılıb. Bununla da ölkə başçısının elektron məhkəmənin yaradılması ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər, o cümlədən yaradılmış məhkəmələrin vahid internet portalı vətəndaşların bu orqanlara əlçatanlığını asanlaşdırıb. Həmçinin, Ədliyyə Akademiyasının Elektron Kitabxanasının resurslarının zənginləşdirilməsi, o cümlədən Almaniyanın Springer nəşriyyatından çoxsaylı elektron kitab və jurnallara çıxış əldə etməsi oxucu auditoriyası və istifadəçilər üçün geniş imkanlar yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00