Görün - bişmiş banan nəyə xeyirlidir?

Tez-tez özünüzdə diqqətsizlik, yorğunluq, halsızlıq, başağrısı, hətta başgicəllənməsi, yuxusuzluq halları müşahidə edirsinizsə, diqqətiniz bizdə olsun.

Yuxusuzluq - daimi əsəb, sterss narahatçılığından yaranır. Həmçinin yuxu pozunlmasını tez-tez kofe, alkoqol və çay içənlərdə də müşahidə olunur.

Bananlı su orqanizmə çox sakitləşdirci təsir edir. Tərkibindəki  kalium, maqnizium əzələlərin gərginliyini aradan qaldırır və rahat yuxu gətirir. Bunlarla bərabər bananın bu cür hazırlanmasının xüsusi dadı var.

Banan dəmləməsi necə hazırlanır?

1 banan

200 ml su

Darçın (1 çimdik)

Qazanda su qaynayana kimi gözlənilir, yaxşı yuyulmuş qabıqlı banan iki tərəfindən kəsilir. Qaynayan suda bananı qabıqlı 10 dəqiqə bişirib, çıxarılır. Dad üçün darçın qatılır. Darçın sevməyənlər bananın üzərinə kakao, şəkər pudrası səpmək olar. Belə bananı yatmadan öncə yemək mədə-bağırsaq traktına və dərinin gözəliyinə kömək edər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00