Mədəniyyət evinin direktoru işdən azad edildi
5 May 2016 11:25 SosialBakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən, Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızı tutduğu vəzifədən azad edilib. İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, qurumun digər əmrini rəhbər tutaraq vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri - baş mühasibi Adımov Mehman Nəriman oğluna töhmət verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00