Azərbaycanda ilk yerli antivirus funksionalı hazırlanıb
4 May 2016 18:16 SosialAzərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) ilk yerli antivirus proqramının interfeysini və funksionalını hazırlayıb. Bu barədə Trend-ə Mərkəzdən bildiriblər. Söhbət kompüter viruslarının təhlilinin multifunksional proqramından (Multifunctional Analysis Program - MAP) gedir. Proqram istifadəçilərə tərkibində zərərli kodların olduğu şübhəli faylları təhlil etməyə imkan verəcək. CERT-dən deyiblər ki, multifunksional proqramın əlçatan interfeysi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00