Oğuzun daha bir kəndinə ilk dəfə təbii qaz verilib
4 May 2016 17:11 SosialMayın 4-də Oğuz rayonunun Tərkeş kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 114 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 11947 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00