Ölkə üzrə 1387096 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb

2016-cı ilin birinci rübündə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı ilin əvvəli ilə müqayisədə 9850 və ya 0,7  faiz artıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 01 aprel 2016-cı il tarixinə ölkə üzrə 1387096 abunəçi su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. Abonentlərin 1330979-u və ya 95,9 faizini əhali, 56117 və ya 4,1 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Yanvar-mart ayları ərzində abunəçi sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib. 01 aprel 2016-cı il tarixə "Azərsu" ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi əhali qrupu abunəçilərinin 61,7 faizi, qeyri-əhali qrupuna aid abunəçilərin isə 80,3 faizi sayğacla təmin  olunub. Bütün abunəçi qrupları üzrə sayğaclaşma səviyyəsi 62,5 faizə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00