BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb
4 May 2016 17:07 SosialBakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, tədbirdə Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetler, Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Memorandumda seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub. Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetlerə Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdim edib.