AMEA Əlyazmalar İnstitutu tərəfindən yeni əlyazma surəti əldə edilib
4 May 2016 16:22 SosialAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəqşbəndi mürşidi Mir Həmzə Nigarinin xəlifəsi, 1880-ci illərin sonları 1890-cı illərin əvvələrində Qazax və Zəngəzur mahalında fəaliyyət göstərmiş, 1893-cü ildə Qazağın Xanlıqlar kəndində vəfat etmiş Hüseyn Yasari Xülusi İstanbulinin "Nicati-əbədiyyə" adlı divanının surəti əldə edilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, əsər nəqşbəndi təriqəti, onun Azərbaycanda yayılması barədə daha ətraflı məlumat əldə etmək üçün dəyərli mənbələrdəndir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00