Mədəniyyət və Turizm Idarəsində yeni təyinatlar
4 May 2016 16:16 SosialBakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən, qurumun şəbəkəsinə daxil olan musiqi məktəblərində kadr dəyişiklikləri həyata keçirilib. İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva təyin olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00