Dövlət istiqrazları üzrə hərrac keçirilib

2016-cı il 3 may tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0102011498 ISIN kodlu, tədavül müddəti 91 gün olan 15.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir. Maliyyə Nazirliyindən verilən məlumata görə, AZ0102011498 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 44.5 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 15.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97.1320 (gəlirlilik 12.0075%), orta ölçülmüş qiyməti isə 97.2377 (gəlirlilik 11.5524%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 02 avqust 2016-cı ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00