Məktəblilər arasında şer müsabiqəsi keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumat "OLAYLAR"-a Baş İdarənin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bu məqsədlə hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universiteti, eləcə də Azərbaycan Kopperasiya Universiteti tələbələri arasında şahmat yarışı keçiriləcək. Baş İdarədən o da bildirilib ki, bundan başqa məktəblilər arasında "Əbədi yaşa liderimiz" adlı şer müsabiqəsi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00