Bu ilin yanvar-aprel aylarında 139 çoxmərtəbəli binaya təbii qaz verilib
4 May 2016 14:34 Sosial"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Birlik 2016-cı ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 139 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4994 ailə yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00