Türk dünyasının sosioloqları Makedoniyaya toplaşacaq

Avqustun 22-23-də Türk Dünyası Sosial Elmlər Konqresi keçiriləcək. Türk Dünyası Araşdırmalar Vəqfindən (TDAV) "OLAYLAR"-a verilən məlumata görə, Makedoniyada baş tutacaq konqresdə türkdilli ölkələr və topluluqlardan olan nümayəndə heyətləri, gənc sosioloqlar iştirak edəcək. TDAV-in də təşkilatçılıq etdiyi konqresə Azərbaycandan da gənc sosioloqlar dəvət edilib. İki gün müddətində türk dünyasının gənc sosioloqları qarşılıqlı əməkdaşlıq, sosiologiya elminin daha da inkişaf etdirilməsi, bu istiqamətdə tədqiqat işlərinin aparılması və s. mövzuları müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00