Salyanda polis adından istifadə edərək 16 yaşlı oğlanın xeyli miqdarda pulunu alan şəxslər tutulub

Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub. Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat pul alıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00