Qənirə Paşayeva Qlobal Samitə qatılacaq

Milli Məclisin deputatı Qənirə Paşayeva "Qadınlar Parlamentlərdə" Qlobal Forumunda və İordaniya Nümayəndələr Palatası ilə birlikdə keçirilən Qlobal Sammitdə iştirak etmək üçün İordaniyaya səfər edib. Bu barədə MM-dən "Olaylar"a verilən məlumazta görə, Amman şəhərində baş tutacaq toplantılarda gender bərabərliyinin əhəmiyyəti, qadın sağlamlığınin qorunması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasında qadınların rolu, miqrant qadınların problemləri müzakirə olunacaq. 80-dən artıq ölkə nümayəndələrinin qatılacağı toplantıda deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək. Səfər mayın 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00