Ön cəbhədə döyüşən əsgərlərlə görüş keçiriləcək

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi cəbhə xəttinə səfər təşkil edəcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən İctimai Birliyin sədri Şamil Sabiroğlu deyib ki, səfər mayın 13-də baş tutacaq: "Mayın 13-də bu ilin aprel ayının 2-3-də ön cəbhədə gedən ağır döyüşlərdə şəhid olanların 40 mərasimidir. Biz də öz növbəmizdə həmin cəbhə xəttinə yaxın ərazilərdə yaşayan şəhid ailələrinə baş çəkəcək, ön cəbhədəki ərənlərimizlə görüşəcəyik. Sevinirəm ki, bu çətin anlarda yenidən ön cəbhədə xidmət edən ərənlərimizlə görüşmək imkanı yaranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00