Valideyn-müəllim əməkdaşlığı gücləndiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin "Valideynləri dinləyək, əməkdaşlığı gücləndirək" qeyri-formal şəraitdə valideyn dinləmələri, məktəb iştirakçılarının təhsil müzakirələri və yay təlim-istirahətinin təşkili" layihəsinin icrasına start verilir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihə çərçivəsində Şəmkir, İmişli, Astara və Bakıda qeyri-formal şəraitdə valideyn dinləmələrinin təşkili, onların pedaqoji maariflənməsinə, problemlərinin öyrənilməsinə şəraitin yaradılması, əməkdaşlığın təkmilləşdirilməsi modellərinin ortalığa qoyulması, məktəb iştirakçılarının qeyri-formal təlim-istirahətinin təşkili, habelə, Astarada təhsil iştirakçılarının, mütəxəssislərin iştirakı ilə Koordinasiya Şurasının keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00