Antioksidan limonadı - RESEPT

Aile.lent.az bu dəfə sizə antioksidan limonadının reseptini təqdir edir. Bu limonad həm sağlam həyat tərzinizin bir hissəsi, həm də ailə üzvlərinizə təqdim edəcəyiniz ən ləzzətli içki ola bilər.

Antioksidan limonadı üçün vəsaitlər:

1 litr su
4 sap nanə
6 ədəd limon
1 ədəd fındıq böyüklüyündə zəncəfil


Hazırlanması:

Limonu yuyun və qabıqlarını rəndələyin.
Zəncəfili soyun və rəndələyin.
Limon, zəncəfil, suyu dərin və geniş bir qabda qarışdırın.
Soyuducuda yarım saat saxlayın.
Qarışımı nazik bir süzgəc və ya cunadan süzün.
Limonadı stəkanlara süzün və nanə yarpaqları ilə süfrəyə təqdim edin. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00