Bakıda dəmir yolu nəqliyyatına dair beynəlxalq seminar keçirilir

Bakıda "Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTİF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları" adlı seminar keçirilir. "OLAYLAR"-ın Azərbaycan Dəmir Yolları QSC-yə istinadən verdiyi xəbərə görə, mayın 4-dək davam edəcək tədbirdə Pakistan, Gürcüstan, Türkiyə, Ukraynanın müvafiq idarələri, Railway Working Group şirkət, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, Dəmir Yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Beynəlxalq Dəmir Yolu Komitəsi (CİT) və İran İslam Respublikası Dəmir Yollarının nümayəndə heyətləri iştarak edir. İki gün davam edəcək seminarda "TRACECA regionunda dəmir yolu nəqliyyatının perspektivləri", "Lüksemburq Dəmir Yolu Protokolu dəmir yolu sənayesini necə dəyişəcək", "Beynəlxalq yük daşınmalarına dair Qaydalar" və s. mövzularında məsələlər müzakirə olunacaq. Hər seminarın sonunda qiymətləndirmə aparılcaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00