Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yeni layihəsi

Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı baş tutub. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, idarənin rəis müavini Nazim Əliyev mərkəzin rəmzi açılışını bildirən qırmızı lenti kəsdikdən sonra qonaqlar Mərkəzlə tanış olublar. Mərkəzin direktoru Mehriban Bayramova tədbir iştirakçılarını qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib. Mərkəzin fəaliyyətinin məqsədi "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramınının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdan, əhalinin mədəniyyət, təhsil, səhiyyə, sosial sahələrində maraqlarını təmin etməkdən ibarətdir. Qeyd edək ki, yaxın zamanlarda növbəti
Asudə Vaxt Mərkəzi Yasamal rayonunda və il ərzində Bakının digər rayonlarında yaradılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00