SAM Moskvada keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında SAM-ın eksperti Nəcibə Mustafayeva Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən təşkil edilmiş "XXI əsrdə Beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Moskva şəhərinə səfər edib. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, SAM-ın eksperti Nəcibə Mustafayeva beynəlxalq sülh və təhlükəsizliyə yeni təhdidlərin, o cümlədən terrorizm, miqrasiya böhranı, həll olunmamış beynəlxalq münaqişələrin təsiri mövzusunda məruzə edib. Ekspert çıxışında minilliyin yeni çağırışlarına və təhlükələrinə cavab verilməsi məqsədi ilə dünya dövlətlərin BMT platforması çərçivəsində birgə səylərin birləşdirilməsinin vacibliyini, həmin qurumda dünyada baş verən neqativ trendlərin qarşısının alınması və mövcud problemlərin effektiv həlli üçün islahatların aparılmasının vacibliyini xüsusilə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00