Daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib
3 May 2016 16:52 SosialMayın 3-də Bərdə və Sabirabad rayonlarının daha üç kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Bərdə rayonunun ümumilikdə 450 abonenti olan Mehdili və Cumalar kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə 28242 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Sabirabad rayonunun 131 abonentlik Minbaşı kəndinin qazlaşdırma işləri zamanı 11258 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00